Ən çox verilən suallar
Sual: Hərbi kolleclərdə təhsil müddəti neçə ildir? Cavab: Hərbi kolleclərdə təhsil müddəti 2 ildir.
Sual: Hərbi kolleclərdə təhsil alan kursantlar üçün təhsil müddətində ödənilən birdəfəlik və aylıq ödəmələr nə qədərdir? Cavab: “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Hərbi kolleclər üzrə:
Sual: Hərbi kolleclərdə təhsil alan kursantlar üçün yaş həddi neçədir? Cavab: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.
Sual: Hərbi kolleclərə qəbul prosesi hansı qaydada həyata keçirilir? Cavab: Namizədlərin hərbi kolleclərə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanından, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanından əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.
Sual: Hərbi kolleclərə qəbul olmaq üçün minimum keçid balı neçədir? Cavab: Qəbul ilində Müdafiə Nazirliyinin müəyyən olunmuş kadr tələbatına və plan yerlərinə uyğun olaraq qəbul balı dəyişə bilər.
Sual: Hərbi kolleclərdə təhsil alan şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb olunur? Cavab: Hərbi kolleclərdən məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçməkdən azad olunurlar.
Sual: Hərbi kolleclərə qəbul olan kursant təhsilini xarici ölkədə davam etdirə bilər? Cavab: Hərbi kolleclərdə təhsil alan kursant təhsil müəssisəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Müdafiə Nazirliyinin hesabına Türkiyənin hərbi təhsil müəssisələrində təhsilini davam etdirə bilər.
Sual: Hərbi kolleclərdə hansı mülki ixtisaslar üzrə təhsil verilir? Cavab: Hərbi kolleclərdə aşağıdakı ixtisaslar üzrə tədris aparılır:
|